Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi öz tabeliyindəki respublikanın şəhər və rayonlarında yerləşən mühafizəyə ehtiyacı olan müəssisələrdə gözətçi və patrul xidmətlərinin satın alınması üzrə açıq tender elan edir.
FED.az rəsmi mətbuata istinadən xəbər verir ki, tenderdə gözətçi və patrul xidmətlərinin göstərilməsi sahəsində ixtisaslaşan peşəkar rezident və qeyri-rezident hüquqi şəxs, yaxud yeni hüquqi şəxs yaratmadan hüquqi şəxslər birliyi (konsorsium da daxil olmaqla) iştirak edə bilərlər.
İddiaçılar tender təkliflərini 22 yanvar 2019-cu il saat 17:00-a kimi Bakı şəhəri, Yusif Səfərov küçəsi, 50 (otaq nömrə 212, əlaqələndirici şəxs – Zəka İskəndərbəyli) ünvanına təqdim etməlidirlər.
Zərflər ertəsi gün saat 11:00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
Tenderdə iştirak haqqı 1000 manat təşkil edir.