İctimai Televiziya və Radio Yayımları Şirkəti "Dekorasiyanın hazırlanması və quraşdırılması işlərinin satın alınması" ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 2000435761
Satınalan təşkilatın ünvanı: Şərifzadə 241
Müsabiqənin başlama tarixi və vaxtı: 19.06.2023 11:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 13.07.2023 11:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 21.07.2023 11:00
Zərflərin açılış tarixi və vaxtı: 24.07.2023 11:00
Müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.
Çatdırılma yeri - Bakı şəh., Şərifzadə küç. 241
Çatdırılma müddəti - 30 sentyabr 2023-cü il tarixinədək
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış.
Qeydiyyatdan keçdiyi ölkə
İddiaçının Nizamnaməsi
Rekvizitlər
Müqaviləni imzalamaq hüququ olan şəxsin şəxsiyyətini müəyyən edən sənədin surəti.
Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd.
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, yüklülük barədə arayış (iddiaçıların hal-hazırda məhkəməyə cəlb olunması, nizamnamə kapitalının girovda olması, əmlakı üzərinə həbs qoyulmaması və digər qaydada yüklü olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, həmçinin müflis elan edilməməsi barədə).
Tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərməmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat təsdiq edən sənəd.
Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat.
İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti).
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Aytən Məmmədova, Aparıcı mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: +994 55 205 49 22