İpoteka və Kredit Zəmanət Fondu əhalinin yaşayış sahələri ilə təminatlılıq səviyyəsinin və ehtiyacının qiymətləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması üsullarının müəyyən olunmasına dair ictimai sorğunun keçirilməsi üzrə xidmətlərin satın alınması üzrə tender elan edir.
Eləcə də bax: İcra Hakimiyyətinin 4.2 milyon manatlıq tenderini - BU ŞİRKƏT UDD
FED.az xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 21.04.2022-ci il saat 10:00-a kimidir və iştirak ödənişi 100 manatdır.
Təşkilati və hüquqi sənədlər:
İddiaçının dövlət qeydiyyatı haqqında şəhadətnamə - Sənədin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir.
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti - Sənədin əslinin skan edilmiş surəti təqdim edilməlidir. Sənəd elektron formada alındıqda notarial qaydada təsdiqli olmalıdır.
Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı - Sənədin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir.
İddiaçının mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektinə aid edilməsi barədə müvafiq dövlət statistika orqanından arayış - Sənədin əslinin skan edilmiş surəti təqdim edilməlidir.
İddiaçının nizamnaməsi - Sənədin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir.
İddiaçının rekvizitləri - İddiaçının bankı tərəfindən və ya rəsmi blankında təsdiq edilməli və təqdim olunmalıdır.
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı - Sənədin əslinin skan edilmiş surəti təqdim edilməlidir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - İlhamə İsabalayeva, Xəzinədarlıq departamentinin direktoru
Əlaqə: (+99412) 441-24-23 (daxili 145)