Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyi məişətdə istifadə ediləcək bir sıra malların satınalınması üzrə tenderin qalibini açıqlayıb.
Dövlət qurumu tender elan edir - BU ŞƏRTLƏRLƏ
FED.az xəbər verir ki, 293 842 manatlıq tenderin qalibi "Koneks Construction" MMC-dir.
Tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.
Xatırladaq ki, "Koneks Construction" bundan əvvəl Mədəniyyət Nazirliyinin cari təmir işlərinin satınalınması üzrə 52 min 819 manatlıq tenderini qazanıb.