İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu rəsmi internet saytının hazırlanması işinin və mühasibatlıq proqramının satın alınması üzrə kotirovka sorğusu elan edir.
FED.az rəsmi məlumata istinadən xəbər verir ki, təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır və birinci sorğu üzrə 4 dekabr, ikinci - 3 dekabr 2018-ci il saat 12.00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 172 ünvanda yerləşən fondun inzibati binasında qəbul olunur.