Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan respublikası ərazisinə təcavüzü nəticəsində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektləri üzrə tikinti layihələrinin hazırlanması və tikinti müddətində müəllif nəzarətinin aparılması işlərinin satınalınması üzrə tenderin qalibini açıqlayıb.
Eləcə də bax: İcra Hakimiyyətinin 4.2 milyon manatlıq tenderini - BU ŞİRKƏT UDD
FED.az xəbər verir ki, 1 221 586 manatlıq tenderin qalibi "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutu olub.
Xatırladaq ki, "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutu bundan əvvəl Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evlərinə vizual baxış keçirərək texniki rəyin verilməsi işlərinin satınalınması üzrə 69 min 635 manatlıq tenderini qazanıb.