Energetika Nazirliyi açıq tender elan edir.
Şamaxıda yolların təmirinə - 543 MİN MANAT AYRILDI
FED.az xəbər verir ki, elanda “Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan arasında Yaşıl Enerji Dəhlizinin yaradılması ilə bağlı Texnki İqtisadi Əsaslandırma”nın hazırlanması üzrə iş və xidmətlərin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 2 500 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1300087531
Satınalan təşkilatın ünvanı : Bakı şəhəri, Ü. Hacıbəyli 84, Höükumət Evi,qapı 5, AZ1000
Müsabiqənin başlama tarixi və vaxtı: 17.10.2023 15:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 23.11.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 01.12.2023 15:00
Zərflərin açılış tarixi və vaxtı: 04.12.2023 05:00
Hesab nömrəsi: AZ84IBAZ38090019442857075209
Bankın adı: Dövlət Xəzinədarlıq Agentliyi, 5 Saylı Xəzinədarlıq İdarəsi
Bankın kodu: 210005
Müxbir hesab: AZ03NABZ01350100000000002944
Bankın VÖEN-i: 1100486261
Swift kodu: CTREAZ22 XHK 2218301 Büdcə səviyyəsinin kodu: 7 İqtisadi təsnifat: 142330
Ödəniş şərtləri : Tenderin əsas şərtlər toplusuna əsasən
Çatdırılma yeri : Bakı şəhəri, Ü. Hacıbəyli 84, Hökumət Evi, qapı 5, AZ1000
Çatdırılma müddəti : Müqavilə imzalandıqdan sonra ən geci 80 (səksən) həftə müddətində tam şəkildə hazırlanıb təhvil verilməlidir.
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Tenderdə iştirak etmək üçün müraciət
Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi haqqında arayış
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyətinin olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (mənfəət vergisinin bəyannaməsi)
İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə
İddiaçının bank rekvizitləri
İxtisas göstəriciləri:
Enerji sahəsində ən azı 10 illik təcrübəyə malik olmalıdır (müvafiq təsdiqedici sənədlər təqdim edilməli);
Layihəyə cəlb edilmiş İddiaçının ən azı 2 (iki) ölkədə iş təcrübəsi olmalıdır;
Konsorsium rəhbəri və ya yeganə məsləhətçi kimi regional səviyyədə həm qaz, həm də elektrik infrastrukturunun optimallaşdırılması ilə əlaqədar ən azı bir tamamlanmış tədqiqata malik olmalıdır;
İddiaçı qarşılıqlı əlaqəsi olan dənizaltı HVDC kabelinin çəkilməsinə dair ən azı 1 (bir) tamamlanmış texniki-iqtisadi əsaslandırmaya malik olmalıdır;
Hidrogen infrastrukturunun inkişafı ilə bağlı ölkə miqyasında ən azı 1 (bir) tamamlanmış tədqiqata malik olmalıdır;
İddiaçının işləri Texniki Tapşırıqda müəyyən olunmuş metodika əsasında keyfiyyətlə və tələb olunan vaxtda yerinə yetirmək üçün tələb olunan işçilərin ixtisası, təcrübəsi və sayı (səhifə 45) barədə işçi heyətinin müvafiq sahədə təhsilini, peşəkarlığını təsdiq edən müvafiq sertifkatlar və digər anoloji işlərdə -iştirakla bağlı iş stajı (ƏŞT-nin 8-ci “Standart formalar” bölməsinin 7-ci “İddiaçının ixtisas göstəriciləri haqqında məlumat” bölməsində) bəndində göstərilmiş forma və qaydada) barədə sənədlər təqdim olunmalıdır
İxtisas göstəriciləri haqqında məlumat ƏŞT-nin 8-ci “Standart formalar” bölməsinin 7-ci “İddiaçının ixtisas göstəriciləri haqqında məlumat” bəndində göstərilmiş forma və qaydada təqdim olunmalıdır.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Leyla Adıgözəlbəyova , Aparıcı məsləhətçi
Email: [email protected]
Əlaqə telefonu: (+99412) 596 16 53/54 (daxili 1034)