Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili adlı müsabiqə keçirir.
FED.az xəbər verir ki, müsabiqə 52 rayon və şəhəri əhatə edəcək.
Həmin siyahıya Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Gəncə, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, İmişli, İsmayıllı, Kürdəmir, Qax, Qazax, Qəbələ, Qobustan, Quba, Qusar, Lerik, Masallı, Mingəçevir, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Şabran, Şamaxı, Şəki, Şəmkir, Şirvan, Tərtər, Tovuz, Ucar, Yardımlı, Yevlax, Zaqatala, Zərdab şəhər və rayonları daxildir.
Müsabiqədə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
İştirak haqqı yoxdur. Maraqlanan təşkilatlar müsabiqənin Əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə (ünvan: Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 1965, "Çinar Park" biznes mərkəzi, bina 1) yazılı müraciət edə bilərlər.
Müsabiqədə iştirak edən təşkilatların təklifləri 29 aprel 2022-ci il saat 17:00-dan gec olmayaraq agentliyə təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.
Müsabiqə 4 may 2022-ci il saat 11:00-da agentliyin inzibati binasında keçiriləcəkdir.
Əlaqə telefonu: (012) 525-41-30 (daxili-5038)