Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin "Microsoft 365 Apps for enterprise üçün Agentlik üzrə (bir illik) lisenziyaların satınalınması" tenderi ləğv olunub.
FED.az xəbər verir ki, buna səbəb Müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında (DSQ 4.1.2, 38.2, 57.3.7.) olmasıdır.
Ləğv etmə mətnində bildirilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qaununun 37.3-cü maddəsinin tələbi pozulduğu üçün müsabiqənin nəticəsinin ləğv olunmasını və yenidən keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir.
Bu da Dövlət Satınalmaları haqqında qanunun 4.1.2-ci maddəsinə görə Növbəti il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edildikdən və büdcə göstəricilərini aldıqdan sonrakı 10 bank günü ərzində satınalan təşkilat ilkin satınalma planında dəqiqləşdirmə apararaq, həmin planı təsdiq edir və dövlət satınalmalarının vahid internet portalında yerləşdirir.
38.2-ci maddəyə görə Tender komissiyası bu Qanunla müəyyənləşdirilmiş vəzifələrini yerinə yetirərkən qeyri-obyektivliyə yol verərək, hər hansı iddiaçının tərəfini saxlayarsa, iddiaçılardan hər biri müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilər. Həmin orqanlar tenderin hazırlanması və keçirilməsi zamanı qanun pozuntusuna yol verildiyini təsdiqləyərsə, tenderin nəticələri ləğv olunur və satınalan təşkilat həmin iş üzrə yeni tender keçirir. Bu halda qəbul olunmuş qərardan fərqlənən xüsusi rəy vermiş komissiya üzvlərindən başqa, komissiyanın sədri və digər üzvləri 3 il müddətində hər hansı tender komissiyasının sədri və ya üzvü ola bilməzlər.
57.3.7-ci maddəyə əsasən müvafiq icra hakimiyyəti orqanı şikayəti rədd etmirsə, aşağıdakı hüquqi müdafiə vasitələrindən birini və ya bir neçəsini tövsiyə edə bilər:
satınalma prosedurlarına xitam verilməsi barədə sərəncam vermək.
37.3-cü maddəyə əsasən Tender komissiyası tenderin əsas şərtlər toplusunda göstərilmiş tender təkliflərinin qüvvədə olma müddətinin bitməsinə 10 bank günü qalanadək tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi əsasında aşağıdakı qərarlardan birini qəbul edir:
37.3.1. iddiaçılar arasında birinci, ikinci və üçüncü yerlərin müəyyənləşdirilməsi haqqında;
37.3.2. təkliflərin təhlilinə və müqayisəsinə daha çox vaxt lazım olduqda, tenderin müddətinin uzadılması haqqında;
37.3.3. heç bir tender təklifi tender predmetinin tam həcmdə icrasını təmin etmədikdə, tender predmetinin iki və ya daha çox iddiaçı arasında bölünməsi haqqında;
37.3.4. tender təkliflərindən heç birinin qənaətbəxş olmadığı haqqında.