İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə birgə dövlət satınalmaları sahəsində aparılan iqtisadi islahatlar mərkəzi və yerli icra hakimiyyəti orqanlarına təqdim olunub.
Eləcə də bax: Dövlət tenderlərinin qaydaları dəyişdi – CİDDİ YENİLİKLƏR BAŞLADI - VİDEO
FED.az xəbər verir ki, tədbirdə İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, “Dövlət satınalmaları haqqında” qanuna dəyişikliyə əsasən dövlət satınalmalarının vahid internet portalının yaradılacaq və ölkədə elektron satınalma prosesi başlanacaq. Nəticədə dövlət satınalmalarının planlaşdırılması, təkliflərin qəbul olunması ilə bağlı daha təkmil nəzarət olacaq.
Artıq vahid internet portalı vasitəsi ilə hökumətin satınalma planları, tenderdə iştirak imkanları, müqavilələrin bağlanması ilə bağlı bütün məlumatlar cəmiyyətin bütün üzvləri üçün əlçatan olacaqdır.
Eyni zamanda, satınalma üzrə bütün proseduralar və məlumat mübadiləsi onlayn olaraq həyata keçirilməklə, vahid internet portalı tender üzrə iştirak haqqı və tender təklifinin təqdim edilməsi imkanı yaradacaqdır.
İİTKM-in Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə birgə hazırladığı infoqrafik təqdimatla Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının diqqətinə çatdırılıb ki, dövlət satınalmaları üzrə həyata keçirilən islahat tədbirləri nəticəsində satınalan təşkilatın tender təklifinin təminatını tender təklifinin ümumi qiymətinin 1 faizinədək məbləğdə müəyyənləşdirməsi imkanının yaradılması, malgöndərənlərin şikayətlərinə baxılması müddətinin 20 bank günündən 10 bank gününə, qəbul olunmuş qərarın isə elektron qaydada təqdim edilməsi ilə 3 bank günündən 1 bank gününədək azaldıldılıb.