Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi “Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən “Bakı-55” hərbi şəhərciyi Müdafiə Nazirliyi Baş Klinik Hospitalın ərazisində yerləşən 300 çarpayılıq “Cərrahiyə korpusu” binasında görüləcək təmir işlərinin satın alınması” və “Bakı -52 hərbi şəhərciyi N nömrəli hərbi hissənin ərazisində yerləşən" əsgər yataqxanasında" aparılanacaq bərpa işlərinin satınalınması” tenderlərinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, birinci tenderin qalibi “SS İnşaat” MMC olub. Şirkətlə 3 milyon 152 min 703.47 manat məbləğində müqavilə imzalanıb. 945 min 774.55 manat dəyərindəki ikinci tenderin qalibi isə “R.V. Yol İnşaat” MMC olub
Bağlanmış müqavilələrin ümumi dəyəri 4 milyon 098 min 478.02 manatdır.