Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası idman avadanlıqlarının satınalınması üzrə tender elan edir.
Eləcə də bax: 10 milyon manatlıq tenderi qazanan - ŞİRKƏT AÇIQLANDI
FED.az xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 25.04.2022-ci il saat 11:00-a kimidir və iştirak ödənişi 100 manatdır.
Təşkilati və hüquqi sənədlər:
Maliyyə vəziyyəti haqqında bank arayışı - mütləqdir;
Rekvizitlər - mütləqdir;
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması - mütləqdir;
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış - mütləqdir;
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti - mütləqdir;
Qeydiyyatdan keçdiyi ölkə - mütləqdir;
Nizamnamə - mütləqdir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - İsmayıl Hacıyev, Texniki Təminat şöbəsinin müdiri
Əlaqə: +994125640900