Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu layihə-smeta sənədlərinin hazırlanması üçün elan etdiyi tenderin qalibini açıqlayıb.
Eləcə də bax: Sumqayıtda binalar söküləcək - MÜQAVİLƏ BAĞLANDI
FED.az xəbər verir ki, heyvan kəsim məntəqələrinin və dönər köşkünin layihə-smeta sənədlərinin hazırlanması üçün elan olunan tenderi “Sosial-İnkişaf Layihə” MMC qazanıb. Qurum şirkətlə 48 min 616 manatlıq müqavilə bağlayıb.
Tenderdə nəzərdə tutulan işlər orta ölçülü və kiçik ölçülü heyvan kəsim həmçinin “Süfrə” dönər köşkünün tikintisinin layihə-smeta sənədlərinin hazırlanmasından ibarətdir.