“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmış 2021-ci il üzrə illik maliyyə hesabatlarının və struktura daxil olan qurumların birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditinin aparılması və auditor rəyinin verilməsi xidmətinin satınalınması üzrə tender elan edir.
DİN növbəti tenderini – ELAN ETDİ - ŞƏRTLƏR
FED.az xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı
17.05.2022-ci il saat 11:00-a kimidir və iştirak ödənişi 100 manatdır.
Təşkilati və hüquqi sənədlər:
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti - iddiaçının son bir ildəki fəaliyyəti haqqında maliyyə hesabatlarının və son hesabat ili üzrə vergi orqanı tərəfindən təsdiq olunmuş mənfəət (gəlir) vergisi bəyannaməsinin surəti.(2021-ci il üzrə)
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması - müvafiq dövlət qurumundan alınmış sənədin təsdiq olunmuş pdf-i yüklənməlidir. Sənəd elektron alındığı təqdirdə, notarial qaydada təsdiq olunmuş pdf-i yüklənməlidir. Sənədin verilmə tarixi elanın verilmə tarixindən sonrakı tarixdə olmalıdır.
Maliyyə vəziyyəti haqqında bank arayışı - arayışın tarixi elanın verilmə tarixindən sonra olmalıdır.
Qeydiyyatdan keçdiyi ölkə - təsdiqedici sənədin yüklənməsi mütləqdir.
İddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar törədilmiş cinayətə görə məhkumluğunun olmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd - sənədin tarixi elanın verilmə tarixindən sonra olmalıdır.
İddiaçının auditor adı almaq üçün imtahandan keçdiyini təsdiq edən sertifikatın və Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən auditor fəaliyyətini həyata keçirmək üçün verilmiş icazəsinin surətləri - mütləqdir
Rekvizitlər - mütləqdir.
Nizamnamə - notarial qaydada təsdiq olunmuş surətinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir.
Fəaliyyət haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti - son maliyyə dövrünə olan məlumatı əks etdirməsi və sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Şəhriyar İmanov,
Əlaqə: 012-492-11-75(128)