"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC 428 min 881 manata 6 tender müqaviləsi bağlayıb.
FED.az bağlanmış tenderlərin qaliblərini, satın alınan malları və tender müqaviləsinin məbləğlərini təqdim edir.
Eləcə də bax: Zaqatalada dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
Sərbəst auditor Cəfərov Altay Mürsəl oğlu ilə 2018-ci ilin maliyyə hesabatlarının kənar auditin aparılması xidmətinin satınalınması üçün 19 min 854 manatlıq;
"Tornado-SL" MMC ilə qazon örtüyü,dekorativ ağac və güllər, digər abadlıq vəsaitləri satınalınması üçün 20 min 825 manatlıq;
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnsitutu ilə yod-brom zavodunun ətrafında çirklənmiş ərazinin bərpası, yaşıllıqların salınması və damcılı suvarma sistemlərinin qurulması(100 ha) layihəsinin metodologiyasının hazırlanması üçün 9 min 917 manatlıq;
"AGS TÜRKAZ" MMC ilə Suvarma borularının və aksesuarlarının satın alınması üçün 299 min 107 manatlıq;
"Azeristeel" MMC ilə Yumşaq inventarların satın alınması üçün 79 min 178 manatlıq tender müqavilələri bağlanılıb.