Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsi 3 tenderə yekun vurub.
Dövlət qurumu 4 milyonluq dərman aldı - SİYAHI
FED.az xəbər verir ki, qurum tenderlərin qaliblərinə toplamda 2 921 524 manat ödəyəcək.
Qeyd edək ki, ən iri məbləğli tenderi "Set Medical" MMC udub. Sözügedən şirkət 1 985 095 manat dəyərində tenderin qalibi seçilib.
Daha detallı aşağıdakı cədvəldə :
Satınalma predmeti |
Qalib şirkət |
Məbləğ |
Ümumi tibbi sərf malları |
"Set Medical" MMC |
1 985 095 AZN |
Angioqrafiyada istifadə olunan sərf malları |
"Paşa-K" Firması |
405 562 AZN |
Kardiocərrahiyyədə istifadə olunan sərf malları |
"Nsmedikal" MMC |
530 867 AZN |
Qeyd edək ki, “Set Medical” MMC 2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 30 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Hilal Alxasov Raqif oğludur. Hüquqi ünvanı AZ1052, Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli , ev 3, m. 19 ünvanında yerləşir.