Dövlət Neft Fondu tender elan edir.
Eləcə də bax: Dövlət qurumu hüquq xidməti alıb - MƏBLƏĞ
FED.az xəbər verir ki, fond İnsan resurslarının idarəedilməsi (HR Management) üzrə məsləhət xidmətlərinin satın alır.
Təşkilatın ünvanı: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165
İştirak haqqı: 300 AZN
Ayna Cahandarova - Baş mütəxəssis: (99412) 498 77 53, daxili: 8008
Tenderdə aşağıdakı xidmətlərin satın alınması nəzərdə tutulub:
Dövlət Neft Fondunun təşkilati strukturunda vəzifə səviyyələrinin müəyyən edilməsi, yeni əmək haqqı və əməkdaşlarının fəaliyyətinin nəticələrinə əsaslanan mükafatlandırma və davamçıların yetişdirilməsi sisteminin tətbiq edilməsi üçün texniki tapşırıq İddiaçının işin görülməsi üzrə vəzifələri
Dövlət Neft Fondunun fəaliyyət effektivliyinin artırılması məqsədilə İnsan resurslarının idarə olunması sisteminin inkişaf etdirilməsi, təşkilati strukturda mövcud olan və planlaşdırılan işlərin və vəzifələrin analizi vasitəsilə (Job Evaluation) pozisiyaların dərəcələndirilməsi (Position / Job Categories Grading for Staff), müvafiq olaraq əmək bazarında ən uyğun yanaşmanı təmin edərək əmək haqqı səviyyələrinin hesablanmasının (Salary Management) yenidən qiymətləndirilməsi, kritik vəzifə və işçilərin müəyyən edilməsi nəticəsində davamçılarının yetişdirilməsinə əsaslanan talantların idarə edilməsi və davamçıların yetişdirilməsi mexanizmlərinin yaradılması və müvafiq proseslərin tətbiq edilməsi (Talent Management and Succession Planning), əməkdaşların fəaliyyətinin nəticələrinə əsaslanan mükafatlandırma sisteminin (Performance Management and Reward) qurulması layihəsindən (bundan sonra - Layihə) ibarətdir.
Layihə aşağıdakı mərhələləri nəzərdə tutur:
1. Struktura daxil olan vəzifələrin səviyyələrinin müəyyən edilməsi, əmək haqqı sisteminin və yeni bonus sisteminin prinsiplərinin hazırlanması.
1.1. İş analizlərinin aparılması və vəzifə təlimatlarının təkmilləşdirilməsi;
1.2. Vəzifə qrupları, kateqoriyaları və heyətlərin təkmilləşdirilməsi;
1.3. Vəzifə adlarına baxış keçirilməsi;
1.4. Vəzifələr üzrə ştat sayına baxış keçirilməsi və iş yükünə əsasən ştat sayının uyğunluğunun nəzərdən keçirilməsi (Workforce Planning);
1.5. Yerli təcrübə və beynəlxalq praktikaya əsasən Fondun mövcud strukturunda olan pozisiyaların vəzifə səviyyələrinin (position grades) müəyyən edilməsi, müvafiq meyarların və prinsiplərin təyini;
1.6. Yeni vəzifə qiymətləndirilməsi və dərəcələndirilməsi sistemi əsasında baza ödəmə sisteminin qurulması (base pay structure) və yeni əmək haqqı şkalasının hazırlanması;
1.7. Əmək haqqının formalaşdırma siyasətinin (prinsiplərinin) təyini və mexanizmin qurulması;
1.8. Vəzifə səviyyələrinin və əmək haqqlarının dəyişməsi (artım) tezliyinin müəyyən edilməsi (variable pay structure);
1.9. Vəzifə kateqoriyaları üçün Əsas Səmərəlilik Göstəricilərinin (KPI) müəyyənləşdirilməsi (təşkilati, struktur bölmə hədəflərinə bağlanmayan, sadəcə mövcud məlumatlara və vəzifə öhdəliklərinə əsaslanan), göstəricilərə əsaslanan fəaliyyət planı üzrə nəticələrin şkalasının hazırlanması;
1.10. Yetkinlik və səriştə modelinin hazırlanması ( competency model), davranışsal yetkinliklərin (səviyyələr üzrə davranış və liderlik səriştələrinin), yetkinlik xəritəsinin hazırlanması.
2. Mövcud vəziyyətin diaqnostikası.
2.1. Fondun mövcud strukturunda olan işlərin və pozisiyaların analizi (Job Evaluation), oxşar təşkilatların müvafiq sahədə (bençmarkinq) təhlilini aparmaq, mövcud vəziyyətin çatışmazlıqlarını və risklərini müqayisə etmək;
2.2. Vəzifə dərəcələndirmə sisteminin analizi; 2.3. Mövcud əmək haqqı sisteminin və göstəricilərinin analizi;
2.4. Analiz nəticəsində mövcud, təsis edilməsi planlaşdırılan struktur bölmə və şöbələr arasında əlaqələrin və asılılıqların qiymətləndirilməsi;
2.5. Mövcud mükafat sisteminin qiymətləndirilməsi.
3. İstedadların idarə edilməsi və Davamçıların yetişdirilməsi proqramı.
3.1. İşçilərin potensialının müəyyən olunması modelinin və qiymətləndirmənin hazırlanması;
3.2. Biznes fəaliyyət göstəricilərinə əhəmiyyətli təsir göstərən liderlik, idarəetmə və ekspert rolların və bu rollar üzrə səriştələrin müəyyən edilməsi;
3.3. Potensial davamçıların və yüksək potensiala malik işçilərin (high potential employees) müəyyən edilməsi və meyarların hazırlanması;
3.4. Potensial davamçıların və yüksək potensiala malik işçilərin mövcud çatışmazlıqlarının təhlili və fərdi inkişaf planının hazırlanması;
3.5. İstedadlar xəritəsinin və davamçıların yetişdirilməsi planlarının hazırlanması və müvafiq qaydaların müəyyən olunması.
4. Performansın idarəedilməsi sistemi.
4.1. Performansın idarəedilməsi sisteminin çərçivə sənədinin (Framework) hazırlanması;
4.2. Performansın idarəedilməsi və performans əsaslı əməkhaqqı (bonus) sisteminin qurulması;
4.3. Mükafatların ödəmə tezliyinin müəyyən edilməsi; 4.4. Qısamüddətli həvəsləndirmə sxeminin (short-term incentive scheme) hazırlanması;
4.5. Seqmentlər üzrə bonus sisteminin və proqramının hazırlanması;
4.6. Fond heyəti üçün əsas səmərəlilik göstəricilərinin (KPİ-ların) hazırlanması. (hədəflər, indikatorlar, hesablama metodları, məlumatın təhlili və mənbəyi, hesablama üzrə məsul işçilərin müəyyən edilməsi)
5. Tender iştirakçılarına dair əlavə tələblər.
Tender iştirakçılarına dair aşağıdakı əlavə tələblər müəyyən edilmişdir:
- İcraçı iş prosesində mümkün ola biləcək suallar və problemlər haqqında, eləcə də işin görülməsi prosesi barədə layihə üzrə işçi qrupunu vaxtında məlumatlandırmalıdır.
- İcraçı görüləcək işlərin məxfiliyinə xüsusi diqqət yetirilməli və işlərin aparılması zamanı aşkar olunacaq məlumatların Fondun dəqiq ifadə olunmuş icazəsi olmazsa, heç bir üçüncü tərəfə verməməli və müzakirə etməməlidir.
- Layihə zamanı hazırlanan və Fonda təqdim olunan yekun sənədlər iki dildə (azərbaycan və ingilis) olmalıdır.
- Hər bir mərhələnin əvvəlində Fondun rəhbərliyinin və aidiyyəti şəxslərin fikirləri öyrənilməli, sistemin qurulmasında yekun təkliflər müzakirə edilməli və təsdiqlənməlidir.
- Zərurət olduğu təqdirdə texniki tapşırıqda qeyd edilən xidmətlərin Fondda tətbiq edilən və ya ediləcək proqram təminatlarına inteqrasiya üzrə texniki dəstəyin verilməsi. (məs: Performansın idarəedilməsi sisteminin proqram təminatına inteqrasiyası və s.)