Dövlət Gömrük Komitəsi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda gündəlik geyim formalarının satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 450 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1300049571
Satınalan təşkilatın ünvanı : Bakı şəhəri Yasamal rayonu İnşaatçılar pr.2
Müsabiqənin başlama tarixi və vaxtı: 05.10.2023 15:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 25.10.2023 16:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 02.11.2023 16:00
Zərflərin açılış tarixi və vaxtı: 03.11.2023 16:00
Ödəniş şərtləri : İşlər (mallar və xidmətlər) təhvil verildikdən sonra müqavilə üzrə ödəmələr bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 (on beş) bank günündən gec olmamaq şərti ilə aparılır.
Çatdırılma yeri : Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr 2
Çatdırılma müddəti : satınalma müqaviləsi bağlanıldıqdan sonra satınalan təşkilatın tələbatı üzrə 20 dekabr 2023-cü il tarixinədək başa çatdırılmalıdır.
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Maliyyə vəziyyəti haqqında bank arayışı:
İddiaçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti: 2020, 2021 və 2022-ci il üzrə maliyyə hesabatının surətinin təqdim olunması vacibdir (cari və ya dəqiqləşmiş mənfəət bəyannamələri).
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Vüsalə Rəcəbova , böyük inspektor. Pərviz Fətullayev , böyük inspektor .
Email: [email protected] , [email protected]
Əlaqə telefonu: 012-404-22-00 (08-25) , 012-404-22-00 (08-23)