Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi "Komitənin yeni inzibati binasının tikintisi" üzrə elan etdiyi tenderi yekunlaşdırıb.
Eləcə də bax: Nazirlik çoxlu sayda "Xəzər" avtomobili alır - MƏBLƏĞ
FED.az xəbər verir ki, qalib şirkət “Progress” Sənaye İstehsalat Şirkətidir.
Komitə qalib şirkət ilə məbləği 30 milyon manat olan müqavilə imzalayıb. Bu, 2020-ci ildə Komitənin “Progress” Sənaye İstehsalat Şirkətilə bağladığı 3-cü müqavilədir.
İndiyədək Komitə “Progress” Sənaye İstehsalat Şirkəti ilə 2 müqavilə imzalanmışdır. "Dövlət Gömrük Komitənin yeni inzibati binasının tikintisi ilə əlaqədar bünövrə işlərinin görülməsi "üçün müqavilənin dəyəri 1 milyon 331 min 832 manat, "Komitənin yeni inzibati binasının tikintisi ilə əlaqədar -0.200 səviyyəsinə qədər olan zirzəmi hissəsinin (Blok 1, Blok 2) tikinti işləri" müqaviləsinin dəyəri isə 1 milyon 91 min 746 manat idi. (Marja)