Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi 2022-ci ilin tələbatına uyğun olaraq təsərrüfat mallarının satınalınması üzrə tender elan edir.
Nazirlik yenidən tender elan etdi – SİYAHI
FED.az xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 07.06.2022-ci il saat 17:00-a kimidir və iştirak ödənişi 350 manatdır.
Təşkilati və hüquqi sənədlər:
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd - müvafiq orqan tərəfindən 15.05.2022 ci il tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır.
Məktubun əsli rəsmi blankda və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş forması- pdf formatda portala əlavə edilməlidir.
Sahibkarlıq subyektinin meyarı - statistika komitəsindən alınmalı.
Nizamnamə - zəruridir (notarial qaydada təsdiq olunmuş formada).
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması - 01.05.2022-ci il tarixdən sonra alınmalı, rəsmi blankda imzalı möhürlü formada və ya notarial qaydada təsdiq olunmuş.
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış - 01.05.2022-ci il tarixdən sonra alınmalı, rəsmi blankda imzalı möhürlü formada və ya notarial qaydada təsdiq olunmuş.
Qeydiyyatdan keçdiyi ölkə - zəruridir (notarial qaydada təsdiq olunmuş formada).
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti - 2021-ci ilin yekunlarına dair mənfəət bəyannaməsi.
Rekvizitlər - rəsmi blankda imzalı möhürlü formada.
Maliyyə vəziyyəti haqqında bank arayışı - 15.05.2021-ci il - 15.05.2022-ci ili əhatə etməli.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Əvəz Məmmədzadə
Əlaqə: 0123422960