2024-cü il dövlət büdcəsinin xərcləri 36 763,0 milyon manat nəzərdə tutulur ki, bu da 2023-cü illə müqayisədə 138,2 milyon manat və ya 0,4 faiz çoxdur.
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin açıqladığı «2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı»nda bildirilir.
Dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 31,1 faiz və ya 2023-cü ilin göstəriciləri ilə müqayisədə 0,5 faiz-bənd artacaq.
Növbəti ilin dövlət büdcəsi xərclərinin strukturunda cari xərclər 61,6 faiz və ya 22622,0 milyon manat (2023-cü ilə nisbətən 544,1 milyon manat və ya 2,5 faiz, 2022-ci ilin icra göstəricisinə nisbətən isə 4883,0 milyon manat və ya 27,5 faiz çox), əsaslı xərclər 33,1 faiz və ya 12168,4 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclər 5,4 faiz və ya 1972,6 milyon manat (2023-cü illə müqayisədə 790,1 milyon manat və ya 66,8 faiz çox) təşkil edəcək.