Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsis etdiyi “Təhlükəli Tullantılar” MMC 1 ədəd “Toyota Land Cruiser 200” Premium sinifinə aid edilən avtomobilin alınmasına dair “Toyota-Bakı Mərkəzi” ilə tender müqaviləsi imzalayıb.
FED.az xəbər verir ki, bu satınalma müqabilində “Toyota-Bakı Mərkəzi”nə 139 750 manat ödəniləcək.
Xatırladaq ki, ötən ilin noyabr ayında Sumqayıt Dövlət Universiteti büdcə vəsaitləri hesabına “Toyota Abşeron Mərkəzi”ndən dəyəri 116 000 manat olan “Land Cruiser” avtomobili alıb.