Maliyyə Nazirliyi “2024-cü il üzrə İnzibati binanın təmizlik xidməti, tullantıların atılması və xalça, pərdələrin yuyulması xidmətinin satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Təmizkom” MMC olub.
Qalib şirkətlə 342 772 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən aşağıdakı cədvəldə göstərilə təmizlik xidmətləri satın alınacaq :
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
1 |
Kovrolit döşəmələrin kimyəvi maddələrlə yuyulması |
Kovrolit döşəmələr xüsusi avadanlıq və kimyəvi məhsullarla qeyri iş günlərində yuyulmalı, üç mühərrikli qurutma avadanlığı ilə qurudulmalıdır. |
10.964 |
m(2) |
2 |
Konfrans zalında parça üzlüklü kresloların kimyəvi maddələrlə yuyulması |
Kreslolar inzibati binadan çıxarılmamaq şərti ilə yerində xüsusi avadanlıq və kimyəvi məhsullarla təmizlənməlidir. |
125 |
ədəd |
3 |
Parça üzlüklü kresloların kimyəvi maddələrlə yuyulması |
Kreslolar inzibati binadan çıxarılmamaq şərti ilə yerində xüsusi avadanlıq və kimyəvi məhsullarla təmizlənməlidir. |
38 |
ədəd |
4 |
Parça üzlüklü divanların kimyəvi maddələrlə yuyulması |
Divanlar inzibati binadan çıxarılmamaq şərti ilə yerində xüsusi avadanlıq və kimyəvi məhsullarla təmizlənməlidir |
7 |
ədəd |
5 |
Dekor pərdələrin yuyulması |
Dekor pərdələrin sökülməsi, yuyulması və yenidən yerlərinə asılması. |
180 |
kg |
6 |
Tül pərdələrin yuyulması |
Tül pərdələrin sökülməsi, yuyulması və yenidən yerlərinə asılması. |
315 |
m |
7 |
Jalüz pərdələrin yuyulması |
Jalüz pərdələrin sökülməsi, yuyulması və yenidən yerlərinə asılması. |
226 |
m(2) |
8 |
Binanın fasad hissəsində 140 m2 vitraj şüşələrin təmizlənməsi |
İl ərzində 4 dəfə xüsusi ixtisalaşmış mütəxəssislər (alpinistlər) təmizlənməlidir. |
4 |
ədəd |
9 |
Şüşəli liftlərin şaxtalarının təmizlənməsi |
İl ərzində 4 dəfə xüsusi ixtisalaşmış mütəxəssislər (alpinistlər) təmizlənməlidir. |
4 |
ədəd |
10 |
28 nəfər xadimənin əməkhaqqı |
12 ay ərzində xidmət göstərəcək 28 nəfər xadimə üçün əməkhaqqı |
28 |
nəfər |
11 |
1 nəfər dalandarın əməkhaqqı |
12 ay ərzində xidmət göstərəcək 1 nəfər dalandar üçün əməkhaqqı |
1 |
nəfər |
12 |
İnzibati bina fəhlələrinin əməkhaqqı |
12 ay ərzində xidmət göstərəcək 6 nəfər fəhlə üçün əməkhaqqı |
6 |
nəfər |
13 |
Qarderobçuların əməkhaqqı |
8 ay ərzində xidmət göstərəcək 3 nəfər qarderobçu üçün əməkhaqqı |
3 |
nəfər |
14 |
Qaraj fəhləsinin əməkhaqqı |
12 ay ərzində xidmət göstərəcək 1 nəfər fəhlə üçün əməkhaqqı |
1 |
nəfər |
15 |
Bağbanın əməkhaqqı |
12 ay ərzində xidmət göstərəcək 1 nəfər bağban üçün əməkhaqqı |
1 |
nəfər |
16 |
Xadimələr, dalandar üçün yay geyim ləvazimatları |
Şalvar, köynək dəst (alpaka parçalı) Ayaqqabı - Sadə məsaməli dəri üzlüklü, rezin altlıqlı qadın ayaqqabısı |
29 |
nəfər |
17 |
Xadimələr, qarderobçu, dalandar üçün qış geyim ləvazimatları |
Şalvar, uzunqol köynək dəst (alpaka parçalı ) arxa yuxarı və sinə tərəf loqolu, ayaqqabı: Sadə məsaməli dəri üzlüklü, bağlı rezin altlıqlı qadın ayaqqabısı |
32 |
nəfər |
18 |
Fəhlələr və bağban üçün yay geyim ləvazimatları |
Fəhlə, bağban üçün(kitel): Gödəkçə - Ön tərəfdə gizli zəncirbənd, basma düyməli manjet, materialı: 100% polyester, 2 ədəd klapanlı döş cibi, 2 ədəd çəp ağızlı cib, 2 rəngli, arxa tərəf və sinə tərəf loqolu. Şalvar : Yan tərəfləri elastik olan bel hissə, zərcirbəndli qulfik, materialı: 100% polyerster düymə ilə bağlanan bel hissəsi, 2 ədəd yan cib, 1 ədəd klapanlı üstdən tikilmə arxa cib, ayaqda 1 ədəd böyük cib, 2 rəngli. Polo qısaqol - 95% pambıq 5% elastan (loqolu) Ayaqqabı Yüngül idman ayaqqabısı, boz rəngli, sürüşməyə davamlılıq, antistatik, zərbəni zəiflədən daban hissə |
8 |
nəfər |
19 |
Fəhlələr və bağban üçün qış geyim ləvazimatları |
Fəhlə, bağban üçün(kitel): Gödəkçə - lazer astar ilə: Ön tərəfdə gizli zəncirbənd, basma düyməli manjet, materialı: 100% polyester, 2 ədəd klapanlı döş cibi, 2 ədəd çəp ağızlı cib, 2 rəngli, arxa tərəf və sinə tərəf loqolu. Şalvar - lazer astar ilə: Yan tərəfləri elastik olan beli olan bel hissə, zərcirbəndli qulfik, materialı: 100% polyerster düymə ilə bağlanan bel hissəsi, 2 ədəd yan cib, 1 ədəd klapanlı üstdən tikilmə arxa cib, ayaqda 1 ədəd böyük cib, 2 rəngli. Polo uzunqol - 100% pambıq (loqolu) , ayaqqabı - Dəri suya dözümlü çəkmələr. Ayaqqabının üstü: suya davamlı dəri, Astar: mexaniki təsirlərə dözümlü,Burun ucluğu: kompozit, polikarbonat,Çıxarılan antistatik qoyulma,deşilməyə qarşı tərlik, Altlıq: Poliuretan 2D, sürüşməyə davamlı. |
8 |
nəfər |
20 |
Əməkhaqqınan tutulacaq DSMF və işsizlik xərcləri |
40 nəfər işçi üçün 12 ay ərzində |
12 |
ay |
21 |
İcbari tibbi sığorta xərcləri |
40 nəfər işçi üçün 12 ay ərzində |
12 |
ay |
22 |
İcbari sığorta |
40 nəfər işçi üçün birdəfəlik |
1 |
ədəd |
23 |
Mal-material xərcləri |
İnzibati binada 37 ədəd sanitar qovşağın və 18 ədəd mətbəxin təmizlənməsi üçün gigiyenik kimyəvi məhsullar, mebellərin , şüşələrin, parket döşəmələrin gündəlik təmizlənməsi üşün mal və materiallar, xidməti otaqlardan gündəlik tullantıların daşınması üçün salafan torbalar, qeyd edilən işlərdə istifadə olunan müxtəlif növ və ölçüdə dəsmallar, süpürgə, mop və sair bu növ ləvazimatlar (Təmizlənməsi nəzərdə tutulan İnzibati binanın ümumi sahəsi 24 min kv metrdir) |
12 |
ay |
24 |
Məişət tullantılarının daşınması |
5 konteyner (konteynerlər dolduqca həftə ərzində sifarişlə ən azı 3 dəfə) |
12 |
ay |
25 |
Maliyyə-mühasibat xidməti və digər xərclər |
Maliyyə-mühasibat xidməti və digər xərclər |
12 |
ay |
26 |
Bank xidməti və əməkhaqqı kartları |
Bank xidməti və əməkhaqqı kartları |
12 |
ay |
27 |
Müəssisənin mənfəəti |
Müəssisənin mənfəəti |
12 |
ay |