FED.az xəbər verir ki, “Azərsu” ASC daxili vəsaiti hesabına Ağcabədi şəhərində su təchizatı və tullantı su sistemlərinin yenidən qurulması işlərinin aparılması layihəsində tikinti altına düşən torpaq sahələrinin mülkiyyətçilərinə kompensasiya ödənilməsi məqsədilə həmin torpaq səhələrinin və üzərindəki əmlakların qiymətləndirilməsi xidmətlərinin satınalınması üçün təkliflər sorğusu elan edir
Təkliflər sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı ünvana – Bakı şəhəri, Moskva prospekti, 67, “Azərsu” ASC-nin Təchizat və Satınalmaların İdarə Olunması Departamentinin satınalmaların təşkili şöbəsinə (əlaqələndirici şəxs Ağaəli Mirzəyevə, 431 47 67/2246 müraciət edə bilərlər.
Təkliflər sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş təkliflərini
1 noyabr 2018-ci il saat 16.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır. Təkliflər “Azərsu” ASC-nin Bakı şəhəri, Moskva prospekti, 67 nömrəli ünvanda 2 noyabr 2018-ci il saat 15.00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.
Bu ərazidəki torpaqlar sahiblərindən alınacaq – KOMPENSASİYA İLƏ
09:20
25 Okt 2018