"Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyət”inin 09.07.2019 tarixində keçirdiyi açıq tenderlərin sayı 7 olub.
QSC-nin müxtəlif növ tikinti və tikinti məmulatlarının satınalınması üzrə keçirdiyi 3 açıq tenderin qalib şirkətləri Yurd-F MMC, PLT Business MMC və Fəxrəddin-K MMC olub.
Eləcə də bax: Azərbaycanın ən iri şirkətlərindən biri - SIĞORTAÇI AXTARIR
Yurd-F MMC ilə 878875.56 manatlıq, PLT Business MMC ilə 377704.88 manat, Fəxrəddin-K MMC ilə isə 377704.88 manatlıq müqavilə imzalanıb.
Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Müxtəlif növ üzlük daşlarının və üzlük məmulatlarının satınalınması üzrə keçirdiyi açıq tenderin qalibləri isə Leading Supply Solutions MMC (613517.4 manatlıq müqavilə), Nozze MMC (231857.44 manat müqavilə), Akabe MMC (171100 manatlıq müqavilə) olub.
Həmçinin göstərilən tarixdə Bakı Metropoliteni QSC müxtəlif növ mebel və aksesuarların alınması üzrə də açıq tender elan edib. Bu tenderin qalibi isə “Qardaşlar Mebel-3 MMC” olub. Adı çəkilən şirkətlə bağlanan müqavilənin dəyəri isə 26179.8 manat təşkil edib.
Bakı Metropolitenin tenderlərini udan - ŞİRKƏTLƏR MƏLUM OLDU
13:42
10 İyul 2019