“Azərsu” ASC “RSM Azerbaijan” MMC ilə müqavilə bağlayıb.
Eləcə də bax: MİDA auditor - SEÇİB
FED.az Banker.az-a istinadən xəbər verir ki, müqavilədə “Azərsu” ASC-nin daxili vəsaiti hesabına “Azərsu” ASC-nin 2021-ci il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmış maliyyə hesabatlarının audit olunması xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 218 300 manatdır.