“AzerGold” QSC açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda “AzerGold” QSC-nin Gəncə şəhəri, Daşkəsən və Göygöl rayonlarında yaşayan və/və ya çalışan işçilərinin icbari tibbi müayinədən keçirilməsi, o cümlədən laborator analizlərin aparılmasına dair xidmətlərin satın alınması nəzərdə tutulur.
Satınalma prosedurunda iştirak etmək istəyən təchizatçılar [email protected] elektron poçt ünvanına və ya kağız daşıyıcıda yazılı şəkildə iştirak etmək niyyəti barədə müraciət ünvanlaya bilərlər.
Elan əsasında iştirak etmək istəyən təchizatçılar əsas şərtlər toplusunu əldə etmək üçün aşağıda qeyd olunmuş sənədləri 04 oktyabr 2023-cü il saat 15:00-a qədər Tender Komissiyasına təqdim edilməlidir:
- Tenderdə iştirak üçün müraciət ərizəsi;
- İştirak edəcək təchizatçının Nizamnaməsi və ya Əsasnaməsi (rezident olduqda);
- Müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları barədə arayış:
- Tələb olunan işlər haqqında məlumat;
- İşlərin təhvil verilməsi şərtləri;
- Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı;
- Vergi ödəyicisinin eyniləşdirmə vərəqəsi (VÖEN) (rezident olduqda);
- Satın alınacaq mal/material, iş və ya xidmətin xüsusiyyətindən asılı olaraq satınalma şərtlərində göstərilən tələblərə uyğunluq.
- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş “Özəl tibb fəaliyyətini həyata keçirməyə dair lisenziya” (qeyd olunan əlavələr ilə birlikdə).
- terapevtik
- kardioloji
- nevropatoloji
- dermatoloji
- ümumi cərrahi
- oftalmoloji
- otorinolarinqoloji
- Rentgenoloji
- Ümumi cərrahiyyə
- Stomatologiya
- Urologiya
- Ultrasəs müayinəsi
- Laboratoriya: klinik
İlkin kvalifikasiyadan keçmiş təchizatçılar tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra əsas şərtlər toplusunu əldə edə bilərlər.
İştirak haqqı – 100 AZN
Benefisiar: “AzerGold” QSC
VÖEN: 1403467421
H/h: AZ71AIIB380100C9446440000210,
“Kapitalbank” ASC-nin Badamdar filialı,
bankın VÖEN-i: 9900003611,
KOD: 201207,
M/h: AZ37NABZ01350100000000001944,
SWİFT: AIIBAZ2XXXX.
Satın alınacaq Xidmətlərin siyahısı:
№ |
Xidmətlərin adı |
Ölçü vahidi |
Miqdarı |
Vahidin qiyməti (manatla) |
Ümumi məbləğ (manatla) |
Həkim mütəxəssislərdən müayinə |
|||||
1 |
Terapevt |
nəfər |
329 |
|
|
2 |
Otorinolarinqoloq |
nəfər |
329 |
|
|
3 |
Dermatoveneroloq |
nəfər |
329 |
|
|
4 |
Nevroloq |
nəfər |
329 |
|
|
5 |
Rentgenoloq |
nəfər |
329 |
|
|
6 |
Oftalmoloq |
nəfər |
329 |
|
|
7 |
Cərrah |
nəfər |
329 |
|
|
8 |
Kardioloq |
nəfər |
329 |
|
|
9 |
Stomatoloq (xroniki gingivit, stomatit, parodontit). |
nəfər |
329 |
|
|
10 |
Uroloq |
nəfər |
329 |
|
|
Laborator və funksional müayinələr |
|||||
1 |
Spirometriya |
nəfər |
329 |
|
|
2 |
Audiometriya |
nəfər |
30 |
|
|
3 |
R-qrafiya |
nəfər |
329 |
|
|
4 |
Qanın analizi (ALT, AST daxil) |
nəfər |
329 |
|
|
6 |
USM |
nəfər |
329 |
|
|
7 |
EKQ |
nəfər |
329 |
|
|
8 |
Ümumi qan analizi |
nəfər |
329 |
|
|
- Xidmətlər İcraçı tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 24/2 saylı qərarı ilə təsdiq edilmiş “İcbari tibbi müayinələrin keçirilməsi” qaydaları ilə müəyyən edilən müddətlərdə icra edilməlidir. İcraçı Müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməli və onların pozulmasına yol verməməlidir.
- Sifarişçi 2023-cü il dekabr ayının 1-dən gec olmayaraq, dövri müayinədən keçməli olan işçilərin siyahısını İcbari tibbi müayinələrin keçirilməsi qaydasının 1 nömrəli əlavəsinə uyğun olaraq GEM ilə razılaşdıraraq, İcraçıya təqdim edir. Dövri müayinədən keçməyə təqdim edilmiş işçilərin siyahısına əsasən İcraçı tərəfindən 2023-ci ilin dekabr ayının sonunadək tibbi müayinələrdən keçmə cədvəli tərtib edilir. İcraçı Sifarişçi ilə birlikdə 2023-c il üçün 2024-cü ilin yanvar ayının 15-dək dövri tibbi müayinələrin nəticələrini ümumiləşdirir və İcbari tibbi müayinələrin keçirilməsi qaydasının 3 nömrəli əlavəsində göstərilən formaya uyğun yekun aktı tərtib edir. Yekun akt 3 nüsxədə tərtib olunaraq 1 nüsxəsi Sifarişçiyə, 1 nüsxəsi nəzarət üçün GEM-ə verilir, 1 nüsxəsi isə İcraçı-da saxlanılır.
Təchizatçılar TMX 4-də göstərilən sənədləri, həmçinin tender təklifi və tender təklifinin təminatını möhürlənmiş, imzalanmış və ikiqat zərfdə 19 oktyabr 2023-cü il saat 15:00-a qədər “AzerGold” QSC-nin Tender Komissiyasına Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küç., 2H ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Tender üzrə təklif zərflərinin açılışı 20 oktyabr 2023-cü il saat 15:00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında keçiriləcəkdir. Təchizatçıların səlahiyyətli nümayəndələri açılışda iştirak edə bilərlər.