2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 763,3 min dkl üzüm şərabı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə üzüm şərabı 52,2% və ya 261,7 min dkl artıb.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 501,6 min dkl təşkil edib.
01.09.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 881 min dkl olub.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,3 min dkl (2%) azdır.
01.09.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 899,3 min dkl olub.