Minatəmizləmə Agentliyi işçilərinin tibbi və fərdi qəza sığortası üçün təkliflər sorğusu elan edib.
Eləcə də bax: Dövlət qurumunun 1,6 milyon manatlıq tenderini - BU ŞİRKƏT QAZANDI
FED.az xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini martın 4-ü, saat 18:00-a qədər qurumun yerləşdiyi Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 260 ünvanına təqdim edə bilərlər.
Xatırladaq ki, ANAMA ölkə prezidentinin 15 yanvar 2021-ci il tarixli fərmanı əsasında Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin bazasında yaradılıb, publik hüquqi şəxsdir. (Report)