İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi informasiya kommunikasiya avadanlıqları (İKT) və lisenziyaların satın alınması üzrə tenderin qalibini elan edib.
FED.az xəbər verir ki, 1 163 328 manatlıq tenderin qalibi "GROSS CONSTRUCTİON" QSC olub.
Tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.
Xatırladaq ki, "GROSS CONSTRUCTİON" QSC bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Aparatının inzibati binasının fotosel qapılarına və şlaqbaumuna texniki servis xidmətinin satın alınması üzrə 1 958 manatlıq tenderin qalibi olub.