2019-cu ildə Ağcabədi rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 1 milyon 5 min manat məbləğində 18 tender keçirilib.
FED.az-ın məlumatına görə, ən çox tender keçirən qurum B Ağcabədi rayon İcra Hakimiyyəti olub. İcra hakimiyyəti 9 tenderə 250 min manat xərcləyib.
Keçirdiyi tenderlərin ümumi mələği ən çox olan dövlət qurumu Ağcabədi Pedaqoji Texnikumudur. Texnikum cəmi 1 tender keçirib. Tenderin məbləği 531 min manat olub.
Rayon üzrə ən çox tender qazanan şirkətlər "Elçin-TTQİ" MMC şirkəti və sahibkar Səbuhi Abdullayev Hüsən oğlu olub. "Elçin-TTQİ" MMC 6 tenderə 194,5 min manat, Səbuhi Abdullayev Hüsən oğlu 4 tenderə 108 min manat qazanıb.
Eləcə də bax: Cəlilabad rayonunda tenderləri kimlər udur?- MƏBLƏĞLƏR - SİYAHI
"Yol Təmir-Tikinti İnşaat Ticarət-18" MMC rayon üzrə ən böyük məbləğli tenderi qazanıb. Məbləği 531 min manat olan tenderi kçirən qurum Ağcabədi Pedaqoji Texnikumudur.
Bundan başqa rayonda Ağcabədi Regional Mədəniyyət İdarəsi və Ağcabədi rayon Polis Şöbəsi dövlət satınalma müsabiqələri keçiriblər.