"Azərenerji" ASC müxtəlif növ inşaat mallarının satın alınması ilə bağlı elan etdiyi tenderin qalibini açıqlayıb.
Eləcə də bax: İcra Hakimiyyətinin 4.2 milyon manatlıq tenderini - BU ŞİRKƏT UDDU
FED.az xəbər verir ki, 1 107 100 manatlıq tenderin qalibi "Leading Supply Solutions" MMC-dir.
Tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.
Xatırladaq ki, bundan əvvəl "Leading Supply Solutions" MMC "Azərsu" ASC-nin daxili vəsaiti hesabına müxtəlif növ mal-materialların satın alınması üzrə 297 439 manatlıq tenderini qazanıb.