2025-ci ilin yanvar ayı ərzində Azərbaycandan Rusiyaya 6,3 milyon dollar dəyərində alma ixrac edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Alma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 671,2 min dollar 12%, miqdar ifadəsində 1,4 min ton və ya 17% artıb.
Qeyd edək ki, 2024-cü ilin yanvarında bu ölkəyə 5,6 milyon dollar dəyərində 8,4 min ton alma ixrac edilib.
Bir kq almanın orta ixrac dəyəri yanvar ayına nəzərən 1,09 manata bərabər olub ki, bu da illik müqayisədə 5 qəpik (4,3%) aşağıdır.
Ötən ilin müvafiq dövründə isə 1kq almanın orta ixrac dəyəri 1,14 manata bərabər olub.
Təkcə 2025-ci ilin yanvar ayında Azərbaycandan 6 milyon 858 min dollar dəyərində 10 min 705 ton alma ixrac olunub
Alma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 666,9 min dollar və ya 11%, miqdar ifadəsilə 1 276 ton və ya 14% artıb.
2024-cü ilin yanvar ayında isə Azərbaycandan 6 milyon 191 min dollar dəyərində 9 min 429 ton alma ixrac olunmuşdu.
Bu dövrdə ümumi ixracın 0.23%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 2,79%-u almanın payına düşüb.
Hesabat ayında 1 kq almanın orta ixrac qiyməti 1,09 manat olub ki, bu da illik müqayisədə 3 qəpik (2%) ucuzlaşma deməkdir. 2024-cü ilin yanvar ayında 1 kq almanın orta ixrac qiyməti 1,12 manat idi.
Yanvar ayı ərzində Azərbaycanın alma ixracı apardığı ölkələrin sayı 8 olub.