2025-ci ilin yanvar ayı ərzində Azərbaycandan xarici ölkələrə 9,2 milyon dollar dəyərində pambıq mahlıcı ixrac edilib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 milyon dollar 13,2% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvarında 10,6 milyon dollar dəyərində pambıq mahlıcı ixrac edilib.