2025-ci il ərzində Azərbaycana Rusiyadan 433,5 min dollar dəyərində 517 min 100 litr (51,7 min dekalitr) alkoqolsuz pivə idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Rusiyadan pivə idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 305 min dollar və ya 3,4 dəfə, miqdar ifadəsilə isə 322 min 500 litr, başqa sözlə 2,6 dəfə çoxdur.
Qeyd edək ki, 2024-cü il ərzində ölkəyə Rusiyadan 128 min dollar dəyərində 194 min 600 litr alkoqolsuz pivə idxal edilmişdi.
2025-ci ilin nəticələrinə görə Rusiyadan idxal olunan alkoqolsuz pivənin 1 litrinin orta idxal qiyməti 0,84 dollar (təxminən 1 manat 43 qəpik) təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 0,66 dollar (təxminən 1 manat 12 qəpik) idi. Bu da illik müqayisədə 0,18 dollar (31 qəpik) və ya 27,2% bahalaşma deməkdir.
2025-ci ildə ümumi idxalın 22,5%-i Rusiyanın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 7,5% olmuşdu.












