2025-ci il ərzində Azərbaycana Türkiyədən 949,9 min dollar dəyərində 599 min 800 litr (59,9 min dekalitr) pivə idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Türkiyədən pivə idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 114 min dollar və ya 10,8%, miqdar ifadəsilə isə 77 min 900 litr, başqa sözlə 11,5% azdır.
Qeyd edək ki, 2024-cü il ərzində ölkəyə Türkiyədən 1 milyon 64 min dollar dəyərində 677 min 700 litr pivə idxal edilmişdi.
2025-ci ilin nəticələrinə görə Türkiyədən idxal olunan pivənin 1 litrinin orta idxal qiyməti 1,58 dollar (təxminən 2 manat 69 qəpik) təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1,57 dollar (təxminən 2 manat 67 qəpik) idi. Bu da illik müqayisədə 0,01 dollar (2 qəpik) və ya 0,6% bahalaşma deməkdir.
2025-ci ildə dəyər ifadəsində ümumi idxalın 49,3%-i Türkiyənin payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 62,8% olmuşdu.












