Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xaricə 123,7 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, ötən ilin 10 ayı ilə müqayisədə 28,8 milyon ABŞ dolları və ya 30,3% çoxdur.
Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 94,9 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.
Təkcə oktyabr ayında 23,9 milyon dollarlıq meşə fındığı ixrac olunub ki, bu da illik 0,5 milyon dollar (2,1%) çoxdur.
Ötən ilin oktyabr ayında Azərbaycandan xarici ölkələrə 23,4 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edilib










