Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xaricə 153 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, ötən ilin 10 ayı ilə müqayisədə 50,8 milyon ABŞ dolları və ya 49,7% çoxdur.
Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 102,2 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.
Təkcə oktyabr ayında 21,2 milyon dollarlıq karbamid ixrac olunub ki, bu da illik 9 milyon dollar (73,8%) çoxdur.
Ötən ilin oktyabr ayında Azərbaycandan xarici ölkələrə 12,2 milyon ABŞ dolları dəyərində karbamid ixrac edilib.










