Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) 30 illiyi və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası- COP29 münasibətilə “OBA” marketlər şəbəkəsi ekoloji təşəbbüslə çıxış edib.
FED.az xəbər verir ki, “Dünyamızı rəngləndirək” şüarı ilə “Yaşılı sev, çevrəni qoru” adlı ekoloji layihə çərçivəsində “OBA” əməkdaşları Zirə Gülçülükdə bir araya gələrək dibçəklərə güllər əkiblər.
Əməkdaşlar əkilən dibçəkləri “VŞQ 30” və “OBA” loqoları ilə rəngləyiblər. Bu təşəbbüs ekoloji məsuliyyətin artırılması və ictimai sağlamlığın qorunması məqsədi daşıyır.
Həmçinin layihədə dibçəklərə əkilən güllər “OBA” marketlər şəbəkəsi tərəfindən Veysəloğlu Şirkətlər Qrupuna hədiyyə edilib.
Bu səbəbdən layihə həm də birliyin, birlikdə çalışmağın gücünü əks etdirir.
Yaşıl bir gələcək naminə “Dünyamızı rəngləndirək”.