2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan xarici ölkələrə 12,6 milyon dollar dəyərində 6,2 min ton qurğuşun ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Qurğuşun ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 752,2 min dollar və ya 6,4% , miqdar ifadəsilə 443 ton və ya 7,8% artıb.
2023-cü ilin 10 ayında isə Azərbaycandan 11,8 milyon dollar dəyərində 5,7 min ton qurğuşun ixrac olunmuşdu.
1 kq qurğuşunun orta ixrac qiyməti 2024-cü ilin 10 ayına görə 3.47 manat təşkil edib ki, bu da illik müqayisədə 5 qəpik (1,3%) ucuzlaşma deməkdir.
Ötən ilin eyni dövründə qurğuşunun orta ixrac qiyməti 3,52 manata bərabər olub.