2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan xarici ölkələrə 23,4 milyon dollar dəyərində 3,4 min ton misixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Mis ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 382,9 min dollar və ya 1,6% , miqdar ifadəsilə 87 ton və ya 2,5% azalıb.
2023-cü ilin 10 ayında isə Azərbaycandan 23,8 milyon dollar dəyərində 3,4 min ton mis ixrac olunmuşdu.
1 kq misin orta ixrac qiyməti 2024-cü ilin 10 ayına görə 11,84 manat təşkil edib ki, bu da illik müqayisədə 11 qəpik (0,9%) artım deməkdir.
Ötən ilin eyni dövründə misin orta ixrac qiyməti 11,73 manata bərabər olub.