2025-ci il ərzində Azərbaycandan 170,7 milyon dollar həcmində 19 min ton meşə fındığı ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, fındıq ixracı ötən illə müqayisədə dəyər ifadəsilə 41,8 milyon dollar və ya 32,4% artsa da, miqdar ifadəsilə 1,2 min ton, başqa sözlə 5,9% azalıb.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycandan 128,9 milyon dollar dəyərində 20,2 min ton fındıq ixrac olunmuşdu.
2025-ci ilin nəticələrinə görə Azərbaycanın ixrac etdiyi fındığın 1 kiloqramının orta ixrac qiyməti 15 manat 28 qəpik təşkil edib. 2024-cü ildə isə bu rəqəm 10 manat 83 qəpik idi. Bu da illik müqayisədə 4 manat 45 qəpik və ya 41,1% kəskin bahalaşma deməkdir.
Bu il ümumi ixracın 0,68%-i, qeyri-neft sektoru üzrə ixracın isə 4,70%-i fındığın payına düşüb. Ötən il isə müvafiq göstəricilər 0,49% və 3,84% olmuşdu.











