2025-ci il ərzində Azərbaycandan 192,5 milyon dollar həcmində 172,9 min ton tomat (pomidor) ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, tomat ixracı ötən illə müqayisədə dəyər ifadəsilə 17 milyon dollar və ya 9,7%, miqdar ifadəsilə isə 27,3 min ton, başqa sözlə 18,7% çoxdur.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycandan 175,4 milyon dollar dəyərində 145,6 min ton tomat ixrac olunmuşdu.
2025-ci ilin nəticələrinə görə Azərbaycanın ixrac etdiyi tomatın 1 kiloqramının orta ixrac qiyməti 1 manat 89 qəpik təşkil edib. 2024-cü ildə isə bu rəqəm 2 manat 5 qəpik idi. Bu da illik müqayisədə 16 qəpik və ya 7,8% ucuzlaşma deməkdir.
Bu il ümumi ixracın 0,77%-i, qeyri-neft sektoru üzrə ixracın isə 5,30%-i tomatın payına düşüb. Ötən il isə müvafiq göstəricilər 0,66% və 5,23% olmuşdu.











