2024-cü il ərzində Azərbaycan xarici ölkələrdən 222 min 960 ABŞ dolları dəyərində 129 min 070 ədəd qızılgül (peyvənd olunmuş və olunmamış) idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-cü il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 16 min 970 dollar və ya 8,2%, miqdar baxımından isə 47 min 590 ədəd və ya 58,4% çoxdur.
2023-cü ilin ərzində xaricdən 205 min 990 dollar dəyərində 81 min 840 ədəd qızılgül idxal edilib.
1 ədəd qızılgülün idxalı hesabat dövründə 2,94 manat olub ki, bu da illik 1,36 manat (31,7%) azalma deməkdir.
2023-cü ildə 1 ədəd qızılgülün orta idxal qiyməti 4,30 manat idi.