2024-cü il əzrində Azərbaycan xarici ölkələrdən 5 milyon 353 min ABŞ dolları dəyərində 10 min 688 ton badımcan idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-cü il ilə müqayisədə dəyər ifadəsində 1 milyon 556 min dollar və ya 41%, miqdar baxımından isə 3 min 698 ton və ya 40,8% çoxdur.
2023-cü il ərzində 3 milyon 797 min dollar dəyərində 7 min 595 ton badımcan idxal edilib.
1 kq badımcanın idxalı hesabat dövründə 85 qəpiyə bərabər olub ki, bu göstərici 2023-cü illə müqayisədə eynidir.