2025-ci il ərzində Azərbaycana 1 milyon 925 min dollar dəyərində 1 milyon 795 min litr (179,5 min dekalitr) pivə idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, alkoqolsuz pivə idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 230 min dollar və ya 13,5%, miqdar ifadəsilə isə 180 min litr, başqa sözlə 11,1% çoxdur.
Qeyd edək ki, 2024-cü il ərzində ölkəyə 1 milyon 695 min dollar dəyərində 1 milyon 615 min litr (161,5 min dekalitr) pivə idxal edilmişdi.
2025-ci ilin nəticələrinə görə Azərbaycana idxal olunan pivənin 1 litrinin orta idxal qiyməti 1,07 dollar (təxminən 1 manat 82 qəpik) təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1,05 dollar (təxminən 1 manat 78 qəpik) idi. Bu da illik müqayisədə 0,02 dollar (4 qəpik) və ya 1,9% bahalaşma deməkdir.












