2025-ci il ərzində Azərbaycana 275,6 milyon dollar həcmində 1 milyon 267 min ton buğda idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, buğda idxalı ötən illə müqayisədə dəyər ifadəsilə 4 milyon dollar və ya 1,5%, miqdar ifadəsilə isə 25 min ton, başqa sözlə 1,9% azalıb.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycana 279,7 milyon dollar dəyərində 1 milyon 292 min ton buğda idxal olunmuşdu.
2025-ci ilin nəticələrinə görə Azərbaycanın idxal etdiyi buğdanın 1 kiloqramının orta idxal qiyməti 0,22 dollar (0,37 manat) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 0,22 dollar (0,37 manat) idi. Bu da illik müqayisədə qiymətlərin stabil qaldığını (0,5% cüzi artım) göstərir.
Bu il ümumi idxalın 1,13%-i buğdanın payına düşüb. Ötən il isə müvafiq göstərici 1,33% olmuşdu.











