Bu ilin ilk 11 ayında Azərbaycana 244,6 milyon dollar dəyərində 1 milyon 132 min ton buğda idxal edilib.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, buğda idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 3,5 milyon dollar və ya 1,5%, miqdar ifadəsilə isə 14,5 min ton, başqa sözlə 1,3% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində ölkəyə 241,1 milyon dollar dəyərində 1 milyon 117 min ton buğda idxal edilmişdi.
Bu ilin ilk 11 ayının nəticələrinə görə Azərbaycana idxal olunan buğdanın 1 kiloqramının orta idxal qiyməti 37 qəpik təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, dəyişməyib.
Bu il 11 ayında ümumi idxalın 1,15%-i buğdanın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 1,28% təşkil edirdi.











