Bu ilin ilk 10 ayında Azərbaycana 90,1 milyon dollar dəyərində 38,6 min ton ət idxal olunub.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 14,7 milyon dollar və ya 14%, miqdar ifadəsilə isə 9,7 min ton, başqa sözlə 20,1% azdır.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində ölkəyə 104,8 milyon dollar dəyərində 48,2 min ton ət idxal edilmişdi.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Azərbaycana idxal olunan ətin 1 kiloqramının orta idxal qiyməti 3 manat 97 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 3 manat 70 qəpik idi. Bu da illik müqayisədə 27 qəpik və ya 7,3% bahalaşma deməkdir.
Bu il 10 ayında ümumi idxalın 0,47%-i ətin payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,63% olmuşdu.











