Bu ilin ilk 10 ayında Azərbaycana 42,7 milyon dollar dəyərində 45,6 min ton düyü idxal edilib.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, düyü idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 15,4 milyon dollar və ya 26,5%, miqdar ifadəsilə isə 10,4 min ton, başqa sözlə 18,6% azdır.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində ölkəyə 58,1 milyon dollar dəyərində 56 min ton düyü idxal edilmişdi.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Azərbaycana idxal olunan düyünün 1 kiloqramının orta idxal qiyməti 1 manat 59 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1 manat 76 qəpik idi. Bu da illik müqayisədə 17 qəpik və ya 9,7% ucuzlaşma deməkdir.
Bu il 10 ayında ümumi idxalın 0,22%-i düyünün payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,35% olmuşdu.











